İranda ali dini lideri seçən Ekspertlər Şurasına yeni sədr seçilib. Bu, sərt xətt tərəfdarı, 89 yaşlı ayətullah Əhməd Cənnətidir. Əhməd Cənnəti 86 səsin 51-ni qazanıb. Onun rəqibləri olan ayətullah Emini və ayətullah Şahrudi müvafiq olaraq, 21 və 13 səs qazanıb.
Əhməd Cənnəti Ekspertlər Şurasına fevral ayında seçilmişdi.
Şərhçilərə görə, ayətullah Cənnətinin Şuraya sədr seçilməsi sərt xətt tərəfdarlarının bu quruma nəzarəti saxlaması deməkdir.
77 yaşlı ali dini rəhbər ayətullah Xameneyinin səhhətindəki problemlər Şuranın tərkibi məsələsinin əhəmiyyətini artırır.
Ayətullah Cənnəti mötədil prezident Həsən Ruhaninin Qərblə dialoqu dərinləşdirmək və İranı daha miqyaslı ticarət və investisiyalar üçün açmaq niyyətinə qarşı açıq olaraq tənqidi mövqedə durub. O, həmçinin İnqilab Keşikçiləri Şurasına rəhbərlik edir.
azadlıq.info
.



