Binali Yıldırım hökumətinin tərkibi təsdiqləndi

binali-yildirim2

8 nazir dəyişdi

Türkiyədə Əhməd Davudoğlundan sonra seçilən baş nazir Binali Yıldırım hökumətin yeni tərkibinin təsdiq edilməsi üçün siyahını prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Ərdoğanın yeni kabinetin tərkibini təstiqləyib. Nazirlər Kabinetinin yeni tərkibinə aşağıdakı nazirlər daxildir:

Nurettin Canikli – baş nazir müavini

Mehmet Şimşek – baş nazir müavini

Numan Kurtulmuş – baş nazir müavini

Yıldırım Tuğrul Türkeş – baş nazir müavini

Veysi Kaynak – baş nazir müavini

Bekir Bozdağ – ədliyyə naziri

Fatma Betül Sayan Kaya – aile və sosial siyasət naziri

Ömer Çelik – Avropa Birliyi naziri

Faruk Özlü – Elm, sənaye və teknologiya naziri

Süleyman Soylu – əmək və sosial müdafiə naziri

Mehmet Özhasaki – ətraf mühit naziri

Mevlet Çavuşoğlu – xarici işlər naziri

Nihat Zeybekçi – iqtisadiyyat naziri

Berat Albayrak – enerji naziri

Çağatay Kılıç – idman naziri

Faruk Çelik – qıda, bitkiçilik və heyvandarlıq naziri

Bülent Tüfenkçi – gömrük naziri

Efkan Ala – daxili işlər naziri

Lütfi Elvan – inkişaf naziri

Nabi Avcı – mədəniyyət və turizm naziri

Nağci Ağbal – maliyyə naziri

Fikri Işık – müdafiə naziri

Veysel Eroğlu – meşə və su işləri naziri

İsmet Yılmaz – təhsil naziri

Recep Akdağ – səhiyyə naziri

Ahmet Aslan – nəqliyyat və dənizçilik naziri.

64-cü hökumətdə təmsil olunan ailə və sosial siyasət naziri Sema Ramazanoğlu, səhiyyə naziri Mehmet Müəzzinoğlu, inkişaf naziri Cevdet Yılmaz, Avropa İtifaqı naziri Volkan Bozkır, iqtisadiyyat naziri Mustafa Elitaş, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı yeni hökumətdə yer almayıb.