Respublikaçı Tramp və demokrat Hillari Klintonun seçicilər arasında nüfuzu demək olar bərabərdir. Bununla yanaşı onların əksəriyyəti namizədlərdən heç birini bəyənmir.
Washington Post və АВС News-in birgə keçirdiyi sorğu göstərir ki, Tramp Klintonu bir qədər üstələyir. Eyni zamanda NBC News və Wall Street Journal-ın sorğusu Klintonun bir qədər üstün olduğunu göstərib.
Hər iki sorğu və son günlər aparılan digər araşdırmalar Trampın Klintonla müqayisədə mövqelərini möhkəmləndirir.
Washington Post-un sorğusu göstərir ki, seçicilərin 46 faizi Trampa, 44 faizi isə Klintona səs verməyə hazırdır.
Mart sorğusu ilə müqayisədə Trampın mövqeyi 11 faiz möhkəmlənib.
NBC News-in sorğusu isə Klintonun mövqelərini 3 faiz möhkəmləndirərək 46 faizə çatdırdığını göstərib.
Aprel sorğusu ilə müqayisədə isə Klintonun dəstəyi 8 faiz azalıb.
azadlıq.info



