Bu gün saat 19:30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyası yaxınlığında 212 saylı marşrutla hərəkət edən sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, daha sonra avtobus yol kənarındakı ağaclığa daxil olaraq aşıb.
Hadisə yerində 4 nəfər həyatını itirib. Ağır xəsarət almış 15 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə 10-dan çox təcili yardım maşını gəlib.


