Qazdan və elektrik enerjisindən istifadə qaydalarına dəyişiklik edildi

Modern.az saytı xəbər verir ki, Nazirlər Kabineti Azərbaycanda qazdan və elektrik enerjisindən istifadə qaydalarına dəyişiklik edib.

Nazirlər Kabinetinin dəyişikliklərə dair qərarları 17 fevral 2012-ci il tarixindən qüvvəyə minib.
Baş nazir Artur Rasizadənin imzaladığı hər iki qərara əsasən, istehlakçıya yazılı bildiriş göndərilmədən qazın, elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağan edilir.