ABŞ Prezidenti Barack Obama Taliban lideri Mullah Akthar Mansur-un öldürüldüyünü təsdiqləyib və bunu Əfqanıstana sülhün gətirilməsi yolunda “vacib uğur” adlandırıb.
“Amerika və Koalisiya qüvvələrinə qarşı hücumlar planlaşdırıb həyata keçirən, əfqan xalqı ilə müharibə aparan, özünü Al-Qaeda kimi ekstremist qüvvələrə bağlayan bir təşkilatın liderini öldürmüşük”, Obama mayın 23-də yaydığı bəyanatda deyib.
Əfqan rəsmiləri Mansur-un mayın 21-də Pakistanın Baluçistan vilayətində ABŞ pilotsuz qurğusunun zərbəsilə vurulduğunu bildirib. Həmin ərazi düz Əfqanıstanla sərhəddə yerləşir.
Pakistanın Xarici İşlər Nazirliyi bunu suverenliyinin pozulması adlandırıb, ABŞ-ın hücum barədə İslamabadı xəbərdar etmədiyini deyib.
Mansur ötən ilin iyulunda Taliban lideri elan olunmuşdu.
(azadliq.org)