İranlı “bombaçılar” Tailandda necə əylənib?

Terror ittihamı ilə həbs edilən iranlıların yüngültəbiətli qadınlarla şəkilləri yayılıb

Tailandın paytaxtı Banqkokda 4 nəfərin yaralanmasına səbəb olan partlayışlara görə təqsirli sayılan 3 iranlının hücum cəhdindən bir neçə gün əvvəl yüngültəbiətli qadınlarla qurduqları kef məclisində çəkilən fotoşəkillər ortaya çıxıb.
Ötən həftə Banqkokda törədilən üç ardıcıl partlayışa görə həbs edilən iranlılar israilli diplomatlara hücum planlaşdırmaqda suçlu bilinir.
İranlı sui-qəsdçilərin partlayışdan əvvəl Tailandın kurort şəhəri Pattayada 3 qadınla birlikdə əyləniblər. Məsud Sədagətzadə, Məhəmməd Kəzai və Səid Muradi adlı iranlılar fevralın 8-də Puket adasından Pattayaya keçib, terror aktlarını isə fevralın 14-də törədiblər.
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, qadınlardan “Nan” adlı birisi yerli polisə təhqiqatın aparılması üçün kömək edib. Güman ki, foto da bu yolla mediaya çıxıb. Tailandın təhlükəsizlik işçilərindən biri Vinay Tonqson bildirib ki, üç iranlı Banqkoka 2 saatlıq məsafədə olan Pattayada qadınlarla 5 gecə keçiriblər.
Qadınlarla birlikdə qəlyanxanada çəkilmiş şəkildə masanın üzərində spirtli içki şüşələri də görülür.
İfranlılardan Səid Muradi partlayış zamanı yaralanaraq tutulub. Digər iki terrorçu isə Malayziyada həbs olunub.