Monteneqro NATO-nun üzvü oldu

NATOMonteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb. Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.

Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.

Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, müttəfiqlər protokolu təsdiqlədikdən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın 29-cu üzvü olacaq.

Rusiya Monteneqrodan quruma üzvlüklə bağlı referendum keçirməyi tələb edib. Eyni zamanda Moskva NATO-ya üzv ölkələrə məktub göndərərək bildirib ki, Monteneqronun quruma üzvlüyü Rusiya ilə alyans arasında münasibətlərin pisləşməsinə gətirib çıxara bilər. Lakin NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, nə Rusiya, nə də başqa dövlət quruma hansısa dövlətin qəbul edilməsi məsələsinə qarşıa bilməz.