Körpələr 6 aylığından sözləri anlamağa başlayır

Nəticələri “Proceedings of the National Academy of Sciences” adlı jurnalda nəşr olunan araşdırmaya görə, körpələr böyüklərin nəzərdə tutduqlarını zənn edildiyindən daha tez anlamağa başlayır. Araşdırmadan məlum olub ki, 6-9 aylıq olarkən ana dillindəki sözləri ayırd etməyə başlayan körpələr qarşısındakının dediyinin mənasını 1 yaşında təxmini qavraya bilirlər.

Təcrübə zamanı analar körpələrindən hansı obyektin harada olduğunu soruşublar. Körpələrin göz hərəkətlərini araşdıran mütəxəssislər 6-9 aylıq körpələrin 78 faizinin doğru obyektə baxdığını müəyyənləşdiriblər. 6 ay – 1 yaş 2 ay arasında olan körpələrdə isə 1 yaşdan sonra qavrama bacarığının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub.