Bakı yaxınlığında iki avtobus toqquşdu: ölən var

avtobus-qezasiBakı-Sumqayıt yolunda insan ölümü ilə nəticələnən yol qəzası baş verib. Magistralın 21-ci kilometrliyində avtobus dayanacağının yaxınlığında “Ford” və “Mitsubishi” markalı iki avtobus toqquşub. Nəticədə avtobusların arasında qalan 49 yaşlı qadın aldığı xəsarətdən vəfat edib.

 

(lent.az)