Bakının qanunsuz valyutadəyişmə məntəqələri

 

valyutamubadilePaytaxtın bəzi yerlərində “exchang”lər yenidən fəaliyyətə başlayıb. Belə məntəqələrdən biri də metronun “Əhmədli” stansıyasının yaxınlığındadır.

Belə məntəqələrin bəziləri isə şəhərdəki mağazaların içində fəaliyyət göstərir və çətinə düşən kimi xidmətin olmadığını bildirirlər”.

“İCAZƏ VERİLMƏYİB”

Mövzu ilə bağlı, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının Sədrinin müşaviri Rüfət Abbasov “Marja”ya bildirib ki, valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır:

“Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır”.