Almaniyanın 1-ci kanalı Elnur Məcidlidən verdi (VİDEO)

ARD kanalı vicdan məhbusları ilə bağlı süjet hazırlayır

Almaniyanın ARD kanalı Azərbaycandakı vicdan məhbusları ilə bağlı süjet hazırlayır. Kanalın əməkdaşları əvvəlcə ötən il həbsdən azad edilən vicdan məhbusu Eynulla Fətullayevlə görüşüb söhbət ediblər. Daha sonra E.Fətullayevlə birlikdə həbsdə olan AXCP Gənclər Komitəsinin fəalı Elnur Məcidlinin evində olublar.
AXCP fəalı Arzuman Məcidlinin sözlərinə görə, alman jurnalistləri Elnurun həbsinin motivindən tutmuş, onun cəzaçəkmə müəssisəsindəki saxlanma şəraitinə qədər ən müxtəlif məsələlərlə maraqlanıblar: “Elnur haqqında suallar verdilər. Onun həbsinin səbəbləri ilə maraqlandılar. Mənim barəmdə də soruşdular ki, Milli Azadlıq Hərəkatına, siyasətə necə gəlmişəm. Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı suallar verdilər. ”Eurovision”la bağlı hansı tədbirlərimizin olduğunu soruşdular. Mən də bildirdim ki, biz “Eurovision”un Təşkilat Komitəsinə müraciət etmişik ki, Azərbaycanda “Azad olmayan ölkədə azad musiqi yarışması” adlı kampaniya gedir. Və bu kampaniya çərçivəsində biz Azərbaycanda siyasi mövqeyinə görə həbs edilmiş insanların azad edilməsinə çalışırıq. Elnurun təhsili, həbsxanadakı vəziyyəti ilə maraqlandılar. Mən də bu suallara cavab verdim. Onu da bildirdilər ki, Elnur azadlığa çıxandan sonra da gəlib özündən də müsahibə götürəcəklər”.

Gültəkin