“Suriyaya silah satışı dərhal dayandırılsın”
Avropa Parlamenti Rusiyadan Suriyaya bütün növ silahların satışını dərhal dayandırmağı istəyib. Strasburqda keçirilən plenar iclasda Rusiya barədə qətnamə qəbul edilib. Qətnamədə deylir: “Moskva beynəlxalq konsesusa qoşulmalı və Ərəb Liqası dövlətlərinin təklifləri əsasında BMT-nin Təhlükəsizlik Şurasına münaqişəni həll etmək imkanı verməlidir.”
Fevralın əvvvəli Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan etmişdi ki, Rusiya beynəlxalq normalar çərçivəsində Suriyaya silah satmağa davam edəcək.
azadlıq.info


