ABŞ-dan İranı çökdürmək üçün xüsusi plan

Vaşinqton Tehran rejiminin maliyyə sektorunu iflic duruma salmaq üçün hərəkətə keçdi

ABŞ rəsmiləri İranın nüvə danışıqlarına hazır olmasına dair açıqlamalarına və uran zənginləşdirilməsi ilə bağlı son bəyanatına münasibət bildirib. İranın nüvə yanacağının hasilatı üzrə iki böyük irəliləyişə nail olması barədə iddialarından bir gün əvvəl bu ölkənin nüvə danışıqları üzrə nümayəndəsi Səid Cəlili danışıqların mümkün qədər tez başlamasına hazır olduqlarına dair məktub göndərib.

Obama administrasiyası isə İranın son bəyanatlarını mənasız adlandırıb və bildirib ki, Tehranın davranışı onun iqtisadi sanksiyalar nəticəsində çəkdiyi sıxıntının göstəricisidir. ABŞ dövlət departamentinin mətbuat katibi Viktoriya Nulandın sözlərinə görə, rəsmi Tehran MAQATE-nin hazırki təftişlərindən də faydalanaraq, hamıya özünün iddia etdiyi kimi nüvə proqramının tam dinc məqsəd daşıdığını göstərməlidir:“Bir daha qeyd edim ki, biz bütün müttəfiqlərimiz, o cümlədən qonşu dövlətlərlə birlikdə sanksiyaların qüvvəyə minməsinə diqqətimizi yönəltmişik”.”

ABŞ-ın nüvə eksperti Coul Rubin isə bildirib ki, İranın son bəyənatı bu məsələyə ciddi yanaşılmasının vacibliyini göstərir. İranın yeni açıqlamarı bu ölkəyə qarşı yeni daha sərt sanksiyaların tətbiqini gündəmə gətirib. ABŞ və Avropa İranın maliyyə sektorunu iflicə duruma salmaq üçün bu ölkəni Dünya Banklararası Kommunikasiya

Cəmiyyətindən (SWIFT) uzaqlaşdırmağa hazırlaşır. Ağ evin qadağalar üzrə məsləhətçisi Mark Duboviç bildirib ki, ABŞ yaxın günlərdə İranın SWIFT sistemindən kənarlaşdırılması məsələsiylə bağlı təklifini Avropa Birliyi ilə müzakirə edəcək.