İsrail Milli Kitabxanası məşhur fizik İsaak Nyutonun qələmə aldığı teoloji mətnləri internetdə yayıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 7 min 500 səhifədən ibarət teoloji mətndə “İncil”lə bağlı şərhlər, qədim mədəniyyətlərin tarixi, yəhudilərin müqəddəs məkanı kimi mövzular yer alıb.
Nyuton teoloji əsərində məxfi saydığı məlumatları ortaya çıxarmağa çalışıb. Alim 2060-cı ildə dünyada qiyamətin baş verəcəyi qənaətinə gəlib. İsrail Milli Kitabxanası Nyutonun əlyazmalarının alimin kəşflərinin və şəxsiyyətinin öyrənilməsinə şərait yaradacağını açıqlayıb.


