Vəli Ələsgərov həbs olundu

veli-elesgerov1

Vasif Talıbov barəsində komparamatlar yayacağından ehtiyat edərək keçmiş naziri tamamilə təcrid etdi

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə məlumatı musavat.com yayıb. Sabiq nazirin vəkili Vüqar Xasayev xəbəri təsdiqləyib. Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan Vəli Ələsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər:

Səhər Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad Ibrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Ələsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Ələsgərovun uşaqlarının doğum və nikah haqda şəhadətnamələrinin gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi 4-5-də Vəli Əsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Ələsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”.

Vəkil deyib ki, adını da qoydular ki, Vəli Ələsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Ələsgərova, onun vəkili kimi mənə və digər vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər. Məhkəmədə ev dustaqlığı haqda qərar həbs qətimkan tədbiri seçilib, özünü isə ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.

Vüqar Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə Vəli Ələsgərovun həyatının təhlükədə olduğunu deyib.

Vəli Ələsgərov tutduğu postdan uzaqlaşdırandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələlə ittiham elan olunub. Vəkili bildirmişdi ki, onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Bu hal dəfələrlə təkrarlanıb. Vəkil deyib ki, Vəli Ələsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər.

Vəli Ələsgərov barəsində başlanmış cinayət işinin Naxçıvan prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini istəyirdi. Keçmiş nazir bununla Naxçıvandan çıxmaq, daha doğrusu Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talıbovun girovluğundan qurtulmağa çalışırdı. Bu baş verəcəyi təqdirdə Vəli Ələsgərovun Naxçıvan rəhbərliyi barədə kompromatları “yuxarılar”a və mediaya ötürmək imkanları yaranacaqdı. Vasif Talıbov da bunun fərqində olduğu üçün Vəli Ələsgərovun Naxçıvandan çıxmasına əngəl olurdu. Lakin keçmiş nazirin vəkili vasitəsilə Naxçıvan rəhbərliyi hədələməsi Vasif Talıbovun onu tamamilə izolyasiya etməsinə səbəb olub. Qeyd edək ki, Vəli Ələsgərovun vəkili Vüqar Xasayev onun çox şey bildiyini dilə gətirməklə Naxçıvan rəhbərliyinə xəbərdarlıq mesajı vermişdi.