Vəkili təhqir edən şahid məhkəməyə gəlməyib
Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovların məhkəmə prosesi davam etdirilməli idi. Lakin istintaqın əsas şahidlərindən olan Hüseynov Qasım Nizami oğlunun məhkəməyə gəlməməsi səbəbindən proses təxirə salınıb.
Vəkil Bəhruz Bayramov bildirib ki, Hüseynov Qasımın dindirilməsi zəruridir, keçən məhkəmə prosesinin fasiləsində həmin şahid polis digər hal şahidlərini təlimatlandırdığına görə vəkil həmkarım Tahir Xanəliyev ona irad bildirdiyi üçün onu təhqir etdi. İndi isə məhkəməyə sayğısızliq edib, prosesə gəlməyib.
Məhkəmə şahid Qasım Hüseynovun məhkəməyə dəvət edilməsi üçün ona məktub göndərməyi katibliyə tapşırıb.
Növbəti proses mayın 24-də saat 16:00-da davam etdiriləcək.
Təzəxan