Azərbaycanın tanınmış bəstəkarı Elza Imaməddin qızı Ibrahimova uzun sürən xəstəlikdən sonra fevralın 11-də dünyasını dəyişdi. Məşhur bəstəkarın ölümü ilə bağlı ənənəvi olaraq, ölkə başçısının və bir sıra məmurların adından rəsmi nekroloq yayıldı. Həmin nekroloqda bir incə məqam var…
Nekroloqda Elza Ibrahimova ilə bağlı bütün avtobioqrafik məlumatlar öz əksini tapıb. Amma bir detaldan başqa… Bəstəkarın 1992-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” adına layiq görülməsi “unudulub”.
Bunu “siyasi qısqanclığın ən ürəkbulandıran tipi” kimi qiymətləndirsək, yəqin ki, bizdən inciyən az olar.
Natiq


