Roqozin Bakıya gəlir: Putinin səfərinə və silaha görə

roqozinRusiyanın baş nazirinin müavini Dmitri Roqozin gələn həftə mayın 17-də Bakıya səfər edəcək.

Bu haqda “İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən bildirir.

“Rusiya baş nazirinin müavini Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin may ayının sonlarında Bakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq”-mənbə bildirib.

Gözlənilir ki, Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək. Xatırladaq ki, onun səfəri Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edəcək.