Bakıda mənzildən pul və külli miqdarda qızıl oğurlanıb.
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xan Şuşinski küçəsi, ev 70 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Səyyarə Əliyevanın evindən açar seçmə yolu ilə 270 manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. (APA)