Bu gün AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ATƏT-in Demokratikləşmə Şöbəsinin rəhbəri Nikolas Deç (Nicholas Detsch) ilə görüşüb. Görüşdə R.Nurullayev ATƏT rəsmisinə ölkədəki ictimai-siyasi vəziyyət barədə geniş məlumat verib. O, vurğulayıb ki, müxalifət olaraq ATƏT-in Azərbaycanın demokratikləşməsi üçün göstərdiyi təşəbbüsləri təqdir etməklə barəbər, sərbəst toplaşma azadlığının təmin edilməsi üçün hakimiyyətlə səyləri daha da intensivləşdirməyi istərdilər.
AXCP rəsmisi razılaşdırılmış aksiyalar keçirməsinin mümkünlüyü barədə də danışıb. Bildirib ki, bu məsələdə iqtidar qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir. Adekvat olmayan yerlərə getmək isə təhlükəsizliyin təmin edilməsi ilə bağlı çətinlik yaradır. Təklif edilən yerlər ən azından minumum standartlara malik olmalı və lazımı şərait də hökumət tərəfindən yaradılmalıdır. AXCP rəsmisi hakimiyyətin təklif etdiyi yerlərin standartlardan kənar və nümayiş keçirmək üçün yararsız olduğunu deyib.
Görüşdə vicdan məhbusları ilə bağlı məsələ də geniş müzakirə edilib.
Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AXCP-nin sədr müavini ATƏT-də görüş keçirdi
•


