Milan prokuroru İtaliyanın eks baş nazirinə 5 il həbs istədi
Adi daha çox məhkəmə və qadınlarla girdiyi ilişkilərdən dolayı qalmaqallarda hallanan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni həbs təhlükəsi ilə üzləşib. Milan şəhər məhkəməsinin prokuroru eks baş nazirin 5 il azadlıqdan tələb olunmasını hakim heyəti qarşısında qaldırıb. Berluskoni ingilis vəkili David Millsə 600 min dollar rüşvət verməkdə ittiham olunur.
İddiya görə, keçmiş baş nazir vəkilə ödədiyi rüşvət müqabilində onun 1990-2000 –ci illər aralığında barəsində korrupsiya ittihamları gündəmdə olduğu vaxt Berluskoninin şirkətlərindən birindən öz məqsədlərinə görə sui-istifadə etməsinə dair məlumatları gizlətməliymiş. Eks hökumət başçısı isə haqqında irəli sürülən ittihamları rədd edir.
Ali səalhiyyətli prokurorluq İqtisadi Məhkəməsinin 2010-cu ildə verdiyi qərarı Berluskoniyə qarşı dəlil olaraq məhkəməyə təqdim edib. Növbəti proseslərdə Berlsukonin vəkilləri eks baş nazirin müdafiəsini təşkil edəcəklər. 75 yaşlı siyasətçi digər bir məhkəmə prosesində isə yetkinlk yaşına çatmayan qadinla əlaqədə və vergi qaçaqçılığından ittiham olunur. Eks baş nazir bu il martın 15-də isə 2005-ci ildə bir bank skandallıyla bağlı gizli məlumatları açıqladığı iddiasıyla hakim qarşısına çıxacaq.
İnformasiya şöbəsi


