Penitensiar Xidmətin mətbuat katibi işdən çıxdı

YA.ARƏdliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov işindən ayrılıb. Bu haqda Y.İsakov özü məlumat yayıb.

“Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar Xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı.

Y.İsakov bir müddət əvvəl fəaliyyətini dondurduğu Press24.az saytını bərpa etmək fikrində olduğunu qeyd edib.