muzeffer baxis

Tanınmış vəkillə bağlı məhkəmə başlandı

muzeffer baxisMüzəffər Baxışov: «Iddianı səhv subyekt qaldırıb»

«İddiaçı tərəf Vəkillər Kollegiyasının Rəyasət heyəti deyil, Vəkillər Kollegiyası olmalıdır»

Mayın 11-də Nərimanov Rayon Məhkəməsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təqdimatı üzrə vəkil Müzəffər Baxışovun vəlillik fəaliyyətinə xitam verilməsi barədə hazırlıq iclası keçirilib. Məhkəməyə hakim Gültəkin Əsədova sədrlik edib.

Məhkəməyə cavabdeh qismində cəlb olunmuş Müzəffər Baxışov vəsatələr verib. Birinci vəsatət iddiaçı tərəf kimi Vəkillər Kollegiyasının Rəyasət heyətinin deyil, Vəkillər Kollegiyasının olması tələbi ilə bağlı olub. Vəkil bunu VK-nın Rəyasət Heyətinin hüquqi şəxs deyil, hüquqi şəxsin idarəedici orqanı olması ilə əsaslandırıb. Vəkil əlavə edib ki, qanunvericiliyə görə, iddiaları hüquqi şəxslər qaldıra bilər, onların idarəedici orqanları müstəqil iddialar verə bilməz. Ona görə də əsl iddiaçı Vəkillər Kollegiyası ilə əvəzlənməlidir.

Hakim bu vəsatəti təmin etməyib. Bunu onunla əsaslandırıb  ki, iddiaçı əsl iddiaçı ilə yalnız iddiaçının razılığı ilə əvəzlənə bilər.

Ikinci vəsatət isə Vəkillər Kollegiyasının nizamnaməsinin, vəkillərin intizam komissiyasının əsasnaməsinin və vəkillərin davranış qaydaları haqında əsasnamənin sorğu ilə tələb olunaraq cavabdehə təqdim edilməsi ilə bağlı olub. Vəkil bildirib ki, VK-nın internet saytı fəal deyil, ona görə də bunu əldə etmək mümkün olmur. Bu sənədlər heç bir yerdə rəsmi dərc olunmayıb.

Məhkəmə bu vəsatəti təmin edib. VK-nın Rəyasət Heyətinin nümayəndəsinə sənədlərin təqdim olunması üçün beş gün vaxt verilib.

Məhkəməyə təqdim olunan üçüncü vəsatət iddianın baxılmamış saxlanılması barədə olub. Müzəffər Baxışov bir daha vurğulayıb ki, iddianı səhv subyekt qaldırıb. O bildirib ki, mülki prosessual qanunvericiliyə görə, hüquqi şəxsin iddia qaldırmaq üçün mülki prosessual qabiliyyət hüququ var, hüquqi şəxsin idarəedici orqanının belə hüququ yoxdur.

Vəkilər Kollegiyasının Rəyasət Heyətinin nümayəndəsi Şahmar Məmmədov bildirib ki, VK-nın Rəyasət Heyətinin kollegiyanı təmsil etmək hüququ var, vəsatət əsassızdır və təmin edilməməlidir.

Hakim isə bildirib ki, bu vəsatətə, qanuna görə, hazırlıq iclasında baxıla bilməz, ona görə də bu məsələyə məhkəmə baxışında münasibət bildiriləcək.

Daha sonra hakim işin məhkəmə baxışına təyin edilməsi üçün tərəflərin mövqeyini soruşub. Iddiaçı tərəfin nümayəndəsi iddianın qanunauyğun verildiyi üçün məhkəmə baxışına çıxarılmasını istəyib. Cavabdeh tərəf isə bildirib ki, VK-nın Rəyasət Heyətinin qaldırdığı iddiada Azər Tağıyevin səlahiyyətlərini təsdiqləyən sənədlər əlavə edilməyib və Vəkillər Kollegiyası hüquqi şəxs olsa da iddia ərizəsi möhürlənməyib. Buna görə də Müzəffər Baxışov iddianın geri qaytarılmasına əsas olduğunu deyib.

Məhkəmə iddianın məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edib. Məhkəmə baxışı 23 may saat 15:00-a təyin olunub.

Beynəlxalq Hüquqşünaslar Komissiyasından vəkilə dəstək

Mərkəzi ofisi Cenevrə şəhərində yerləşən, 60-dan çox ölkəni özündə biləşdirən Beynəlxalq Hüquqşünaslar Komissiyasıÿ  məhkəmə öncəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Beynəlxalq Hüquqşünaslar Komissiyası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə işlərində vəkillərin ifadə azadlığına hörmət edilməsinə çağırır. Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) vəkil Müzəffər Baxışovun Nərimanov Rayon Məhkəməsində baxılacaq Vəkillər Kollegiyası üzvlüyündən xaric olunma işi ilə bağlı öz narahatlığını ifadə edir. BHK vəkillidən xaric edilmə ilə bağlı icraat zamanı vəkillərin rolu haqqında beynəlxalq standardlara hörmət edilməsinə və sanksiyaların ifadə azadlığına zidd tətbiq edilməməsinə çağırır. BKH anlayır ki, M.Baxışov barəsində Rəyasət Heyətinin baxdığı və məhkəməyə müraciət etdiyi inzibati icraat onun Azərbaycan məhkəmə sistemi ilə bağlı tənqidi fikirləri ilə əlaqədardır. M.Baxışov müsahibələrində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının çox sayda insanın həbsini və həmin sifarişli həbslərlə bağlı hakimlərin müvafiq araşdırma aparmadan həyata keçirməsini tənqid edib. O, həmçinin hakimlərin ixtiyari həbslərin qarşısının alınmasında kifayət qədər cavabdehliyinin olmaması ilə bağlı narahatlığını ifadə edib. Beynəlxalq hüquq və standardlara əsasən hüquqşünaslar da digər fərdlər kimi ifadə azadlığı hüququndan, hətta öz ixtisasları çərçivəsində tam şəkildə istifadə etmə azadlığına sahibdirlər. Vəkillərin ifadə azadlıqlarının qorunması yalnız göstərilən məsələlərlə bağlı vacib deyil. Bu həmçinin vəkillərin demokratik cəmiyyətlərdə hüququn aliliyi və ədalət barədə şərhlər vermək üçün daşıdığı ictimai funksiyanı qorumaq üçün vacibdir. Vəkillər bu və başqa peşəkar funskiyanı heç bir müdaxilə və ya hədə-qorxu olmadan həyata keçirməlidir. Ifadə azadlığı beynəlxalq insan hüquqları haqqında qanun, həmçinin Avropa Insan Hüquqları Konvensiyasının 10-cu maddəsi və Beynəlxalq Mülki və Siyasi hüquqlar haqqında Paktın 19-cu maddəsi ilə qorunur. Azərbaycan hər iki müqaviləyə üzvdür. BMT-nin Vəkillərin Rolu haqqında Əsas Prinsiplərində göstərir ki, vəkillərin ”…ədalət mühakiməsinin və insan hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlərin ictimai müzakirəsində iştirak etmək hüququ vardır…” Avropa Insan Hüquqları Məhkəməsi vurğulayır ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı ictimaiyyətdə şərh vermək hüququna o halda sahibdirlər ki, onların tənqidi ədalət mühakiməsinə hörmət, ləyaqət, şərəf və bütövlük kimi prinsiplərin hədləri çərçivəsində olsun. Beynəlxalq Hüquqşünaslar Komissiyası hesab edir ki, vəkillərin istər məhkəmə zalında, istərsə də digər yerlərdə məhkəmə sistemi haqqında səsləndirdiyi tənqidi fikirlərə görə tətbiq edilən intizam icraatları ifadə azadlığına qarşı müdaxilədir. Avropa Insan Hüquqları Məhkəməsinin “Maurice Fransaya qarşı” işində bu məsələ xüsusilə vurğulanaraq bildirilir ki, iddialar xoş niyyətlə təqdim edilib və sübutlarla əsaslandırılıb”.

Təzəxan