Ekspertlərə görə, qeyri-neft sektorunun möhkəmləndirilməməsi manatı dolların növbəti təzyiqi qarşısında aciz edir
Qlobal investisiya banklarından biri Goldman Sachs Group Inc. dolların mühüm pul vahidləri qarşısında düşməsinin sona çatdığını açıqlayıb.
Dollar, ötən həftə gəldiyi bir ilin ən aşağı səviyyəsindən təxminən 1 faiz qalxaraq, ABŞ-da Aprel ayı məşğulluq göstəricisinin yeddi ayın ən zəif artımını göstərməsindən sonra belə yüksəlib. Goldman Sachs dolların bahalaşmasını, bazarın inkişafı və Fed-in faiz artıracağı gözləntiləri ilə əlaqələndirir.
Goldman Sachs-ın valyuta strateqi Robin Brooks, “Dolların yuxarı istiqamətli hərəkət edəcəyi fikrimizi qoruyuruq və gedişat bu səviyyədən daha yüksək olacaq” deyib.
Brooks, ABŞ Mərkəzi Bankı Fed-in pul siyasətini normallaşdırması ilə (faiz artırması ilə) dolların qarşıdakı iki ildə 15 faiz artacağını deyib. Goldman Sachs son aylarda dolların yüksələcəyinə dair bəyanatlar vermiş, lakin proqnozlar hər zaman reallaşmamışdır.
Dollar ötən həftə altı ayın ən böyük yüksəlişini edərək 2016-cı ildəki itkilərini 4.1%-ə endirib. ABŞ dolları, ötən aya qədər ardıcıl üç ay düşmüşdü.
Bloomberg Dollar Spot İndeksi ötən həftə 1.5 faiz artdıqdan sonra, Nyu-York saatı ilə 11:52 etibarilə yüngül dəyişib. ABŞ-ın pul vahidi Yaponiya yeni qarşısında 0.8 faiz yüksələrək 109.17 səviyyəsinə gələrək, 27 Apreldən bəri ən yüsək səviyyəsinə çıxıb. Dollar Avro qarşısında 1.1378 səviyyəsinə gəlib. Ötən həftənin əvvəlində bu məzənnə 1.15-ə çıxmışdı.
Qeyd edək ki, bu il ABŞ Mərkəzi Bankı Fed-in ən azı 2 dəfə faiz artıracağı gözlənilir. Fed faiz artıran zaman adətən Dollar bahalaşır. Dollar bahalaşan zaman neftin qiyməti isə aşağı düşür. Məhz Azərbaycan 2015-ci ildə xaricidə baş verən belə prosesslərə görə 2 dəfə devalvasiyaya gedib. Fed İyundan faiz artırmağa başlaya bilər.
(marja)
Bu cür durum manatın kursuna da təsirsiz ötüşməyəcək. Amma MB rəhbəri Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı nikbindir. E.Rüstəmova görə bu ilin sonuna qədər manatın məzənnəsi dəyişməz qalacaq.
İqtisadçılar hesab edir ki, E.rüstəmov və başqa hökumət rəsmilərinin manatın kursunun stabil qalacağı ilə bağlı proqnozlarını ciddiyə almağa dəyməz. İndiyə kimi vətəndaşlara dəfələrlə yalan danışan hökumət rəsmilərinin manatın ilin sonuna qədər stabil qalacağı ilə bağlı dedikləri az inandırıcıdır. Azərbaycan manatını mövhkəm edəcək faktor qeyri-neft sektorunun inkişafı ola bilər. Bu isə yoxdur. Əgər manatıe arxasında güclü iqtisadiyyat dayanmırsa və hazırkı kurs yalnız dövriyyədəki milli valyutanın məhdudlaşdırılması hesabına qorunursa, o zaman növbəti devalvasiya qaçılmazdır. Əgər nüfuzlu beynəlxalq ekspertlər elan edirsə ki, dolların dəyəri qarşıdakı iki ildə 15 faiz artacaq, deməli manat da bu təsirdən qaça bilməyəcək. Ötən müddət ərzində qeyri-neft sektorunun möhkəmləndirilməməsi, ixrac yönümlü fəaliyyətin aktivləşdirilməməsi, manatı dolların növbəti təzyiqi qarşısında aciz edir.
Hikmət



