Keçmiş nazirin ev dustaqlığına buraxılması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür
Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ev dustaqlığına buraxılması müxtəlif mülahizələrə səbəb olub. Qeyd edək ki, Vəli Ələsgərov martın 7-də həbs olunub. O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Vəli Ələsgərovun vəkili Vüqar Xasayev mətbuat komfransı keçirərək bildirmişdi Vəli Ələsgərov işgəncə verilir. Bu günlərdə isə vəkil bildirib ki, artıq işgəncələr dayandırılıb və Vəli Ələsgərova ev dustağı edilib. Bəzi mülahizələrə görə, Vəli Ələsgərova qarşı yumşalma onun bildiyi həqiqətlərlə bağlı ola bilər. Azpolitika.info yazır ki, ötən həftə isə Vəli Ələsgərov vəkilin dili ilə “yuxarıları” təhdid etmişdi. “Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərovun əlində çox ciddi faktlar var. Əlimizdə elə faktlar var ki, dövlətçilik naminə açıqlamırıq. Ortada yüksək rütbəli, vəzifəli şəxslər tərəfindən törədilən faktlar var. Vəli Əsgərovun adını qoyurlar ki, guya dövlətə, Vasif Talıbova xəyanət edib. Əslində isə ortada belə bir fakt yoxdur. Vəli Əsgərov “yıxılan”dan sonra çox yüksək rütbəli məmurlar dövlətçiliyə xələl gətirən addımlar atırlar. Mən həmin adamların yerinə xəcalət çəkirəm. Hələlik adlarını çəkmirik”, deyə, V.Xasayev bildirmişdi.
Şübhəsiz ki, vəkil bu mesajı məhz müvəkkilinin istəyi ilə vermişdi və belə görünür ki, sabiq nazir bununla öz istəyinə çatıb. Ona qarşı işgəncələr dayandırılıb və hətta internetdən sərbəst istifadəsinə də şərait yaradılıb.ÿV.Ələsgərovun əks-hücuma keçdiyini onun ağır maddələrlə ittiham olunmasına baxmayaraq, ev dustaqlığına buraxılması da sübut edir.ÿSual olunur:ÿCinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunan bir şəxs barəsində martın 7-də həbs qətimkan tədbiri seçildiyi halda, onun cəmi 22 gündən sonra yenidən (Sabiq nazir vəzifəsindən çıxarıldıqdan sonra ev dustaqlığında idi – R.Ə.) ev dustaqlığına buraxılması hansı zərurətdən irəli gələ bilərdi? ÿAçıq-aşkar görünür ki, 4-5 aylıq müdafiədən sonra sabiq nazir hücuma keçməyə qərar verib və bu taktika işə yarayıb. Başqa sözlə, V.Ələsgərovun əlindəki kompromatlarla effektiv davranışı onu həbsdən xilas edib.ÿÇox böyük ehtimalla, bundan sonra V.Ələsgərovla anlaşmağa cəhdlər olunacaq və onun ittiham olunduğu maddələr daha yüngüllərilə əvəz olunacaq. Müəyyən müddətdən sonra isə o, tamamilə sərbəst buraxılacaq və ölkəni tərk edəcək.
Hadisələrin bu istiqamətdə inkişafı təəccüblü olmayacaq. Zarafat deyil, adam 15 il Naxçıvan MTN-in başçısı olub. Belə görünür ki, bir sıra riskli hərəkətlərə də qol qoyub. Belə olduqda ağlı başında olan istənilən adam gələcək təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməli idi. V.Ələsgərov eynilə Eldar Mahmudov kimi çox sirlərin daşıyıcısıdır. Belə adamların əllərindəki kompromatlar onların həyat sığortasıdır. V.Ələsgərovun bu “sığorta”dan məharətlə istifadə etdiyini müşahidə etməkdəyik…