«Panama sənədləri»nin baza məlumatları yayıldı
“Panama sənədləri” ilə bağlı qalmaqalın miqyası 200 mindən çox offşor hesablar haqda nəhəng məlumat bazasının internetdə dərci ilə bir az da böyümüş oldu.
Bazar ertəsindən etibarən məlumat bazasınaÿgiriş mümkün olub.
Sənədləri dərc edən Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumunun (BTCK) iddialarına görə, bu bilgilərdən bəzi nüfuzlu zənginlərin vergidən yayınmaq və sanksiyalardan azad olmaq üçün offşor şirkətlərdən necə istifadə etdiyi aydın olur.
“Mossack Fonseca” Panama hüquq şirkətinə məxsus sənədlər “Con Doe” təxəllüsü ilə tanınan mənbədən alınıb. “Mossack Fonseca” hər hansı qanun pozuntusuna yol vermədiyini bildirir.
Ötən həftə şirkət məlumat bazasının dərcinin qarşısını almaq üçün göstəriş verib. Amma bu sənədlərə malik olan BTCK onları yayacağını bildirib.
Siyasilər, məmurlar, ulduzlar…
Bu sənədlərin köməyi ilə keçmiş və hazırkı dövlət başçıları, tanınmış siyasətçilər, məmurlar və idman ulduzlarının yüzlərlə gizli aktivləri ortaya çıxıb.
Sənədlərdə bütün dünya üzrə 20 offşor zonada qeydiyyata alınmış 200 mindən çox saxta şirkətin, fondların və etibarlı şirkətlərin adı çəkilib. “Mossack Fonseca” bildirib ki, 40 ildən artıq bir müddətdə fəaliyyət göstərsə də heç bir kriminal fəaliyyətdə ittiham edilməyib.
Panama sənədlərində diqqəti xüsusilə britaniyalı baş nazir ÿDevid Kameron, Rusiyaÿ prezidentiÿ Vladimir Putin,ÿ Ukraynaÿ prezidentiÿ Petro Poroşenko, Argentina prezidenti Maurisio Macri, həmçininÿ Hong-Konglu ÿreîjissor və aktyor Ceki Çan, ispaniyalı rejissor Pedro Almodovar, futbol ulduzuÿLionel Messi ÿkimi, şəxslər cəlb edib.
Islandiyanın baş naziri Sigmundur Devid Gunnlaugsson qalmaqal dalğasında istefaya gedib.
70 ölkənin 107 media orqanı…
11,5 milyon sənəd Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti tərəfindən əldə edilib və BTCK ilə paylaşılıb. Bundan sonra BTCK Britaniyanın “The Guardian” qəzeti də daxil, 76 ölkənin 107 media qurumu ilə əməkdaşlıq edib. BTCK bildirir ki, dərc olunan sənədlər “Wikileaks”in etdiyi kimi nizamsız olmayacaq: “Məlumat bazasında elektron məktublar və digər göndərişlər, pul köçürmələri, hesabların konkret nömrələri və ya telefon, pasport nömrələri olmayacaq. Ictimai maraqlara görə, seçilmiş və məhdud məlumatlar dərc olunur”.
300 liderə müraciət olundu
Iqtisadçılar bazar ertəsi 300 dünya liderinə müraciət məktubu imzalayıb və “vergi cənnətinə” son qoymağa çağırıb. Onlar hesab edirlər ki, offşorlar yalnız zəngin, özəl şəxslərin və korporasiyaların xeyrinədir, eləcə də dünyada qeyri-bərabərliyin səviyyəsini artırır.
Ötən həftə “Con Doe” 1800 sözlük bəyanat yayıb və orada bildirib ki, gəlirlərin qeyri-bərabərliyi onun hərəkətlərinin əsas motivi olub. O əlavə edib ki, heç vaxt hər hansı dövlətin kəşfiyyat xidmətinə işləməyib. O, hüquq-mühafizə orqanlarına ona təminatın verilməsi şərti ilə ittihamların irəli sürülməsi üçün yardım təklif edib(anspress).
Putinin dostları…
Yeri gəlmişkən, “Panama sənədləri”nin baza bilgiləri arasında yenəÿdə ÿRusiya prezidenti Vladimir Putinəÿ yaxın şəxslərÿyer alıb. Bu şəxslərin offşor şirkətlərə sahib olduğu üzə çıxıb. Məsələn, adına bir neçə offşor şirkət olanlardan biri Rusiya prezidentinin yaxın dostu Sergey Radugindir. Bundan başqa, üzə çıxıb ki, iş adamı Boris Rotenberqin adına Britaniyanın Vircin adalarında Kenrick Overseas Ltd., Culloden Properties Limited vəÿ Highland Ventures Group Limited kimi, offşor firmalar var.
Arkadi Rotenberqin adına qeydiyyatdan keçən şirkətlər isə bunlardır: Breckenridge Global Management Limited, Beechwood Associates Inc. və Causeway Consulting Limited. A.Rotenberqin oğlu Iqorun adına daÿStormont Systems Limited adlı offşor şirkət var.
Eyni zamanda Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutovun adına Sermolent Equities Inc. offşor şirkətinin olduğu məlub olub.
Maraqlıdır ki, informasiya bazasında Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkanın adı keçmir. Halbukiÿilkin sənədlərdə onun adına Vircin adalarında Carina Global Assets Ltd. şirkətinin qeydiyyatdan keçdiyi bildirilirdi.