Müdafiə Nazirliyi fevralın 4-də Ağdam rayonundakı hərbi hissədə xidmət edən əsgər Mehman Əmiraslanovun intihar etməsi faktı üzrə təhqiqat aparıb
Nazirlikdən Turan-a daxil olan məlumatda deyilir ki, müqəssirlər cəzalandırılıb. Belə ki, müdafiə naziri Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri mayor Etibar Əhmədov səlahiyyətlərini dürüst və layiqincə yerinə yetirmədiyinə, buraxdığı digər nöqsanlara görə vəzifəsindən azad edilib.
Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Vüqar Məcidov intizam qaydasında cəzalandırılıb.
Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri baş leytenant Nihad Babayev vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanılıb və o həbs edilib
“Turan”


