Əli Kərimli İlham Əliyevə faktlarla cavab verdi

aliyev-kerimli3“Bu məlumatları bilən adam necə iddia edə bilər ki, iqtisadi sahədə heç bir problem yaşanmır?”

AXCP sədri Əli Kərimli ölkəmizin böhrandan uğurla çıxa bildiyi və heç bir iqtisadi problem yaşamadığı haqda dövlət başçısı İlham Əliyevin dediklərini faktların dili ilə təkzib edib.

AXCP lideri feysbuk səhifəsində 2014-cü illə müqayisədə 2015-ci ilin göstəricilərini poster şəklində bu qeydlə paylaşıb:

“Dostlar, eşitdiniz də, İlham Əliyev deyib ki, “biz bu böhrandan şərəflə çıxa bilmişik və iqtisadi sahədə heç bir problem yaşanmır”. Görünür, İlham Əliyevin bu faktlardan “xəbəri yoxdur”. Bütün bu məlumatları bilən adam necə iddia edə bilər ki, iqtisadi sahədə heç bir problem yaşanmır? O qədər paylaşın ki, ölkədəki real vəziyyətdən İlham Əliyev də “xəbər tutsun”.

Onun paylaşdığı posterdə isə bu göstəricilər əksini tapır:

– Ümumi Daxili Məhsul (ÜDM) 22 milyard dollar və ya 29% azalıb;

– Əhalinin ümumi gəlirləri 9,7 milyard və ya adambaşına 1061 dollar azalıb;

– Orta aylıq əmək haqqı 48% azalaraq 566 dollardan 297 dollara düşüb;

– Xarici ticarət dövriyyəsi 10,4 milyard dollar və ya 33,4% azalıb;

– İxrac 10,4 milyard dollar və ya 47,7% azalıb;

– Dövlət valyuta ehtiyatları 11 milyard dollar azalıb;

– Neft Fondunun maliyyə vəsaitləri 3 milyard 530 milyon dollar azalıb;

– Xarici dövlət borcumuz 5 milyard manatdan 10,7 milyard manata yüksəlib;

– Bahalaşma və iş yerlərinin bağlanması haqqında dəqiq statistika olmasa da, real vəziyyəti hər bir azərbaycanlı öz üzərində hiss edir.