“Vəkillər daim axtarışa məruz qalırlar”
Həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın vəkilləri, onların üzərində olan sənəd və əlyazmalar 4 saylı cəzaçəkmə müəssisəsinin giriş-çıxışında davamlı olaraq axtarışa məruz qalır.
Bunu müdafiə hüququnun pozuntusu sayan vəkillər məhkəməyə müraciət ediblər.
Bu haqda Azadlıq Radiosuna X.İsmayılın vəkillərindənYalçın İmanov xəbər verib.
Vəkilin bildirdiyinə görə, jurnalistə, onun vəkillərinə qarşı yol verilən belə davranış onların müdafiə hüququnu pozur. Buna görə də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəmə nəzarəti qaydasında şikayət ediblər.
“Vəkillər daim axtarışa məruz qalırlar. Xədicə xanım vəkillərlə görüşə gələrkən də davamlı axtarışa məruz qalır.
Belə rəftar yalnız Xədicə İsmayıl və onun vəkillərinə münasibətdə tətbiq olunur.