Gözəl Bayramlı: “Ölkədə saxtakarlığın bir ünvanı var. O da bu hakimiyyətin özüdür”
YAP icra katibinin müavini Siyavuş Novruzov AXCP-nin sonuncu qurultayının nəticəsini Ədliyyə Nazirliyinin qeydə almaması haqda danışıb. O, jurnalistlərə açıqlamasında iddia edib ki, AXCP-nin qurultayında saxtakarlıq olub.
AXCP sədrinin müavini Gözəl Bayramlı YAP-çı deputatın cavabını verib. O, Azadlıq Radiosuna bildirib ki, S.Novruzovun AXCp haqda dedikləri cəfəngiyatdır. «Neçə illərdir ki, hakimiyyət hər vasitə ilə AXCP-nin fəaliyyətinə mane olur. Onu siyasi arenadan çıxarmağa çalışır. Əslinə qalarsa, S.Novruzovun bu açıqlaması hakimiyyətin AXCP-yə münasibətinin göstəricisidir. AXCP heç zaman saxtakarlığa yol verməyib, vermir və verməyəcək. Ölkədə saxtakarlığın bir ünvanı var. O da bu hakimiyyətin özüdür», – deyə G.Bayramlı qeyd edib.


