Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır

TrumpÖlkəyə müsəlmanların girişini qadağan edən təkliflə çıxış etmiş Respublikaçılar partiyasından ABŞ prezidentliyinə ən mümkün namizəd Donald Trump bildirib ki, Londonun yeni meri Sadiq Khan üçün istisna etməyə hazırdır.

Pakistan əsilli britaniyalı Sadiq Khan əvvəllər Trump-ın prezident seçilməsi təqdirdə dininə görə ABŞ-a gedə bilməyəcəyi barədə narahatlıq ifadə edib.

Trupm ABŞ-a müsəlmanların gəlməsinin qadağan edilməsini ötən ilin noyabrında 130 insanın ölümü ilə nəticələnmiş Paris hücumlarından sonra təklif edib.

Bu bəyanat həm ABŞ-da, həm də ölkənin hüdudlarından kənarda bir çox siyasətçi və xarici liderlər, həmçinin müsəlman icmaları tərəfindən kəskin etirazla qarşılanıb.

Lakin Trump öz sözlərindən geri dönməyərək bu cür tədbirlərin milli təhlükəsizliyin təmin edilməsi üçün zəruri olduğunu deyib.

Mayın 5-də Britaniya paytaxtının meri seçkilərində qalib gəlmiş leyborist Sadiq Khan Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir və o, pakistanlı miqrantın oğludur.

Trump bildirib ki, Khanın seçilməsinə görə xoşbəxtdir.

Müsəlmanların ölkəyə girişinin qadağan olunması təklifi barədə isə Trump deyib ki, “istisnalar həmişə olacaq”.

 

(bbc azəri)