Kleptokratlar 12 trilyon dollar “oğurlayıblar”

britaniye metbuati“The Guardian” yazır ki, Rusiya, Çin və başqa inkişaf etməkdə olan ölkələrdən ofşorlar vasitəsilə ümumilikdə 12 trilyon dollardan çox vəsait çıxarılıb.

Bu barədə təhqiqatın hesabatı bu gün Londonda antikorrupsiya sammitinin açılışına təsadüf edib.

18 ay ərzində aparılmış araşdırmanın nəticələri göstərib ki, xüsusilə də Çin və Rusiyadan vəsaitlərin çıxarılması kəskin artıb.

Columbia Universitetinin professoru James S Henry-nin Vergi Ədaləti Şəbəkəsi (Tax Justice Network – TJN) üçün apardığı tədqiqat 2014-cü ilin sonlarınadək Rusiyanın 1, 3 trilyon dollar dəyərində aktivlərinin ofşorlasrda olduğunu göstərib.

Araşdırma həm də Beynəlxalq Valyuta Fondu, BMT və yenicə sızmış Panama sənədlərindəki məlumatlara əsaslanır.

Çin vətəndaşları həmin müddət ərzində 1, 2 trilyon dollarlıq aktivləri ofşorlarda yerləşdiriblər.

Eyni zamanda McKinsey məsləhət şirkətinin baş iqtisadçısı olan professor Henry “The Guardian” qəzetinə bildirib ki, araşdırma ofşorlardan cinayətkarlar və büdcə oğruları tərəfindən təkcə vergidən yayınmaq üçün yox, əsas etibarilə oğurlanmış sərvətin gizlədilməsdi üçün istifadə edildiyini göstərib.

“Bu lap Ulduz Müharibələri filmindəki epizodu xatırladır, – deyib professor, – Bir küncə vergi fırıldaqçıları, başqa bir küncə silah alverçiləri və üçüncü bir küncМОССАКə kleptokratlar yığılıb”.

Kleptokratların “simicliyi”

Neft ölkələri arasında Nigeriya və Anqolanın ofşor fondlarda daha çox aktivinin olduğu üzə çıxıb. Bu sözləri Braziliya və Argentinaya da aid etmək olar.

Henry-nin sözlərinə görə, neft ölkələrindən vəsaitləri ofşorlarda gizlədənlər bunun vətənlərində sirr olaraq qalmaslını o qədər istəyiblər ki, hətta bu vəsaiti investisya etmək əvəzinə cüzi gəlirlə kifayətləniblər.

Halbuki bu pulların 1 faizinin iqtisadiyyata investisiya edilməsi ildə 131 milyard dollar vəsait yaradardı. Qlobal yardım fondunun vəsaiti elə təxminən bu qədərdir.

TJN antikorrupsiya sammitinə ev sahibliyi edən baş nazir David Cameron-u bankları, hüquqşünasları və başqa peşəkarları daha çox şəffaflığa məcbur edən qaydaların qəbul olunması üçün beynəlxalq sazişin əldə edilməsi yolunda səy göstərməyə çağırıb.

2012-ci ilə aid başqa bir təhqiqat dünya boyunca 20 trilyon dolların ölkələrdən çıxarıldığını göstərmişdi.

Qanunsuz pulların qanunla qorunması

Henry bildirib ki, son zamanlar təkcə yayındırılan vəsaitlər yox, həm də vergidən azad ofşor ərazilərin sayı durmadan artıb.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə aid ofşor vəsaitləri 2010-cu ildən bəri ildə 8 faiz artıb.

“The Guardian” vurğulayır ki, antikorrupsiya sammitini açan baş nazir Cameron öz gəlirlərini bəyan edərkən onun atasına aid ofşor investisiya fondunun mövcudluğu üzə çıxmışdı.

Henry bunu da qeyd edib ki, öz ölkələrindən pulları çıxaran oğru məmurlar qanunsuz sərvətlərinin qorunmasında qanunun aliliyindən istifadə etməyə çalışırlar.

Professor deyib ki, qanunsuz pullar təkcə Cayman adaları kimi ofşor ərazilərdə deyil, həm də məsələn ABŞ-ın Delaware ştatı kimi yerlərdə gizlədib. Buradakı qanunlar investisiya edilən vəsaitlərin əsl sahiblərinin adlarının açıqlanmasını tələb etmir. (BBC azeri)