Azərbaycandakı rejim hətta Rusiyadan da totalitar cəmiyyət formalaşdırmaq istəyir. Rusiyada aylıq əmək haqqı alan işçilərin sayı 69.5 milyon nəfər, hakim “Vahid Rusiya” partiyasının üzvlərinin sayı isə 2 milyon 100 min nəfərdən bir az artıqdır. Başqa sözlə iqtidar partiyasının üzvlərinin sayı aylıq maaş alanların sayının təqribən 3 faizinə bərabərdir. Azərbaycanda isə cəmi 1 milyon 494,7 min nəfər muzdla işləyən işçi var, iqtidar partiyasının üzvlərinin sayını isə 700 minə çatdırdılar. Beləliklə, Rusiyada hakim partiyanın üzvlərinin sayı müzdla işləyən əhalinin sayının cəmi 3 faizi qədər olduğu halda, Azərbaycanda YAP üzvlərinin sayı aylıq maaş alan işçilərin sayının 47 faizi qədərdir. Xalq olaraq bu prosesi durdurmasaq, bunların niyyəti Şimali Koreya standartlarıdır.

Bunların niyyəti Şimali Koreya standartlarıdır
•


