Mayın 12-də Londonda 40 ölkənin iştirakı ilə Qlobal Anti-Korrupsiya Sammiti öz işinə başlayacaq. Sammitin qarşısına qoyduğu hədəflər bunlardır:
Ofşorlar vasitəsilə vergidənyayaınmaların qarşısının alınması; Dünya üzrə mülkiyyətin gerçək sahiblərinin reyestrinin yaradılması; Korrupsiya ilə mübarizəni əməli müstəviyə keçirmək.
Sammit vaxtı beynəlxalq antikorrupsiya əməkdaşlığı məsələləri, o cümlədən oğurlanmış aktivlərin qaytarılması, benefisiar sahiblik, dövlət alqı-satqıları, maliyyə şəffaflığı problemləri müzakirə ediləcək.
Artıq 40 ölkə sammitdə iştirakını təsdiqləyib.
ABŞ-ın dövlət katibi Con Kerri təmsil edəcək.
Sammitdə Dünya Bankının prezidenti Cim En Kim və Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristin Laqardın iştirakı gözlənilir.
azadlıq.info



