Qadir Ibrahimli: «Bu şirkətin fəaliyyətində şəffaflıq problemi var»
Xəbər verildiyi kimi, 2014-cü ildə 5,189 milyon mənfəət əldə edən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 2015-ci ildəki xalis itkisi 31,287 milyon manat olub. 2015-ci ilin maliyyə-iqtisadi hesabatına görə, cəmiyyət ötən il ciddi ziyanla işləyib. “Azərişıq”ın bölünməyən mənfəəti 2,4 dəfə – 120,036 milyon manatdan 50,136 milyon manata qədər azalıb.
2015-ci ildə cəmiyyətin debitor borcları da artıb. 2015-ci ildə elektrik enercisinin maya dəyərinin 377,751 mln-dan 679,953 mln manata qədər artdığı bildirilir. Debitor borcları nəzərə alınsa, belə anlaşılır ki, operator satılan elektrik enerjisinin qiymətinin 22,8 faizini toplaya bilib. Mütəxəssislərin fikrincə, “Azərişıq” ASCÿ”Azərenerji”yə olan borcunu ödəmək qabiliyyətində deyil. “Azərenerji”-ninÿisə 2016-cı ilin birinci rübü üçün SOCAR-a aldığı qaza görə 350 milyon manat borcu var.
Çoxunun yadında olar, ölkənin enerji təchizatına “Barmek”in nəzarət etdiyi dönəmdə şirkət yüksək gəlirlə işləyirdi. Yəni problemlər hazırkı həddə deyildi. Lakin indi smart sayğaclarının tətbiq edildiyi, əlaqədar quruma dövlət dotasiyasının olduğu bir vaxtda, görəsən, yığım nədən 20-30 faiz həddindədir?! Paytaxtda, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə belə vəziyyət yaranıbsa, o zaman bölgələrdə əhalinin işıqpulu verməklə bağlı durumunun fəlakət həddində olduğu da aydın məsələdir.
Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, “Azərişıq”ın fəaliyyətində şəffaflıq problemi var. Ekspert sərmayə hesabatlarının və digər məsələlərin verilməsində problem yaşandığını deyir:
“Şəffaflıq mühitinin olmaması da korrupsiya risqlərini artıran amillərdəndir. Korrupsiya risqi çox olduqca bu şirkət getdikcə daha çox ”ziyanla” işləməyə başlayır. Dövlət büdcəsi hesabına “Azərişıq”a kifayət qədər yatırımlar qoyulub. Söhbət bir neçə yüz milyon manatdan gedir. Buna baxmayaraq həmin şirkətdə ciddi maliyyə maxinasiyaları, pozuntuları var. Maliyyə axınlarının hərəkəti qeyri-müəyyəndir və bir çox hallarda korrupsiya predmetinə çevrilir. Bu da ona gətirib çıxarır ki, şirkət son nəticədə rəsmi olaraq ziyanla işlədiyini bəyan edir”.
Nigar