Səudiyyə Ərəbistanının təklif etdiyi neft hasilatının “dondurulması”na dair plan İran üçün qəbuledilməzdir.
Bunu İranın neft naziri Bican Namdar Zənqane bəyan edib.
“Neft hasilatı və ixracı məsələlərində biz Səudiyyə Ərəbistanı ilə elan edilməmiş müharibə vəziyyətindəyik. Bu özünəməxsus cəbhədə rəsmi Ər-Riyad İranın neft bazarına zərər vurmaq üçün təxribatlara əl atır. Bu məqsədlə Səudiyyə Ərəbistanı qəsdən nefti ucuz qiymətə satır. Buna baxmayaraq, biz neft hasilatını ikiqat artıra bilmişik. Hazırkı şəraitdə bu boyük nailiyyətdir”, deyə Zanqane bildirib.
(apa)