“Azərbaycan saatı” TV proqramı bu həftə də efirdə olmayacaq. Bu, kanalda baş verən yenilənmə ilə bağlıdır. Proqram gələn həftədən yayımda olacaq. Bu haqda “Azərbaycan saatı” TV proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid Facebook səhifəsində məlumat yayıb:
“Azərbaycan Saatı kanal 24-də olacaq. Amma kanalın adı dəyişdi və 124 TV oldu. 124 TV gələn həftənin birinci günündən etibarən 124 TV yayında olacaq, Azərbaycan Saatı isə həmişə olduğu kimi şənbə və bazar günləri öz qrafiki ilə, yəni saat 20-də efirdə olacaq. Frekanslar dəyişmir. Kanal 24- ü tutduğunuz frekanslarda indi kanal 124 olacaq”,- deyə Qənimət Zahid bildirib.