Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu gün Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti Mərkəzi Asiya republikalarından olan şəxslər hazırlayıb. Şühbəli şəxslər barədə əlavə məlumat verilmir.
“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramları dövründə ictimai nəqliyyatda terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, – deyə məlumatda bildirilir.



