Bu gün İsmayıllı rayonu sakinləri kütləvi aksiya keçiriblər.
Buna səbəb isə 20 gündür ki, rayon mərkəzi də daxil olmaqla ucqar dağ kəndlərinə elektrik enerjisinin verilməməsidir. Bu barədə “musavat.com” a məlumat verən rayon sakinləri bildirdilər ki, rayon rəhbərliyi, xüsusilə İsmayıllı Işıq İdarəsindən onlara deyiblər ki, problem hava şəraiti ilə bağlıdır və yuxarıdan göstəriş gəlib ki, elektrik enerjisinə qənaet edilsin. Sakinlər deyir ki, bir neçə gündür rayona verilən qaz da kəsilib.
Qeyd edək ki, Allahın ümidinə qalan ismayıllılar daha kütləvi aksiyaya hazırlaşırlar.


