Frankfurtda atışmada 3 nəfər yaralanıb

abs-atismaAlmaniyanın Frankfurt şəhərində polis məntəqəsi yaxınlığında maşından atəş açılıb, azı 3 nəfər xəsarət alıb.

BBC-nin məlumatına görə, yaralıların durumu ağırdır. Şahidlər 10-dək atəş açıldığını söyləyirlər.

Hücumun arxasında kimin durduğu bəlli deyil, istintaq orqanları kriminal qruplar barədə ehtimal səsləndiriblər.

Hücum edənlər gizlənə biliblər.