10 aparıcı beynəlxalq təşkilatın birləşdiyi Azərbaycanda ifadə azadlığı üzrə beynəlxalq tərəfdaşlıq qrupunun təşəbbüsü ilə martın 25-də Londonda mərhum Azərbaycan jurnalisti Elmar Hüseynovun qətli ilə bağlı ictimai dinləmələr təyin olunub.
Dinləmələrə mərhumun həmkarı, jurnalist, Insan Haqları Uğrunda Ictimai Birliyinin sədri Eynulla Fətullayev məruzəçi qismində dəvət olunub. Dinləmələrə eyni zamanda E.Hüseynovun həyat yoldaşı, hazırda Norveçdə mühacir statusunda yaşayan Ruşaniyyə Hüseynova da dəvət edilib. Tədbirdə E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqın hazırki vəziyyəti, indiyə qədər qətlin açılmamasının səbəbləri müzakirə ediləcək.
Elmar Hüseynovun qətli Londonda müzakirə ediləcək
•


