Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin növbəti məhkəmə prosesi keçirilib. Vəkillər məhkəmədə Vergilər Naziri Fazil Məmmədovun və onun müavini Namiq Əliyevin əlavə şahid kimi dindirilməsi barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib. Bununla da məhkəmə istintaqı bitmiş hesab olunub.
Növbəti proses dövlət ittihamçısının çıxışı ilə mayın 11-də davam etdiriləcək.



