20 klubun birlikdə illik gəliri 4.4 milyard dollar olub
“Deloitte” mühasibat şirkəti hər il futbol klublarının Football Money League adlı reytinqini hazırlayır. “Real” (Madrid) 7-ci ildir ki, siyahıya başçılıq edir. “Real” keçən il 479 milyon avro pul qazanıb. Bu, keçən ildəkindən 9 faiz çoxdur.
Dünyada ikinci yerdə “Barcelona”dır. İlk dəfədir ki, “Barcelona”nın illik qazancı 450 milyon avronu keçib.
Sonrakı yerlərdə “Manchester United”, “Bavariya”, “Arsenal”, “Chelsea”, “AC Milan”, “İnternasionale”, “Liverpool” gəlir.
Gəlirdə ən böyük irəliləyişi Almaniyanın “Shalke-04” klubu edib. 10-cu yerdə olan “Shalke” gəlirlərini 45 faiz artırıb.
İngiltərənin “Tottenhem” klubunun gəlirləri 36 faiz artıb.
Deloitte bildirir ki, bir ildə dünyada ən çox pul qazanan 20 klubdan 19-u Avropadadır. 20 klub bir ildə 4,4 milyard avro qazanıb. Deloitte yalnız qazancı hesablayır. Klubların borcları haqda heç nə deyilmir.
“Realın” borcu təxminən 270 milyon avrodur.
“Forbes” “Real” klubunu 1 milyard 400 milyon avro dəyərində qiymətləndirir, O, “Manchester United”dən sonra dünyanın ən bahalı klubudur.
“Economist” jurnalı yazır ki, klubların gəliri televiziya yayımından, reklamdan və oyunlardan gəlir. “Real” hər 3 mənbədən təxminən eyni qədər qazanır – 160 milyon avro.
Reklamdan “Real” qədər yalnız “Bavariya” qazanır.
Televiziyaya yayımından “Barcelona2 “Real” qədər qazanır, ancaq reklamda geri qalır, oyunlardan gələn pulda isə “Barcelona” “Real”dan xeyli geri qalır.