![]()
Aldığımız son məlumata görə cəbhəçi gənclər sərbəst buraxılıblar
***
Kitab toplayan Cəbhəçi gəncləri həbs olundu
AXCP Gənclər Komitəsi vicdan məhbusu Elnur Məcidliyə dəstək məqsədilə kitap toplama kampaniyası keçirməyə qərar verib. Bu gün başlayan kampaniya 3 gün keçirilməlidir. Lakin polis Cəbhəçi gənclərin tədbirinə elə ilk gündən mane olub.
Partiyadan aldığımız məlumata görə, gənclər Fəvvarələr Meydanında kampaniyaya başlayıblar. Lakin az keçməmiş əraziyə gələn polislər kampaniyanın qarşısını alıb, aksiya iştirakçılarından AXCP GK-nın üzvləri İslam Şıxəlini, Aqil Əlini və Toğrul İbrahimi həbs edərək Səbail RPİ 9-cu polis bölməsinə aparıblar.
azadlıq.info


