Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın əməkdar artisti, tanınmış estrada müğənnisi Almaz Ələsgərovanın 2009-cu ilin yay ayında ailə həyatı quran, dörd aydan sonra, yəni oktyabrda boşanma təhlükəsi ilə üzləşən qızı Əminə əri ilə barışıb. Mənbə bildirib ki, Almaz xanımın həm ikinci kürəkəni Orxanla, həm də bir vaxtlar onun haqqında sərt ittihamlarla dolu müsahibə vermiş qudası Mehribanla münasibətləri normaldır.
Bu xoş xəbəri Almaz Ələsgərovanın açıqlaması ilə yeniləməyə çalışacağıq.