Neft Fondu satışa 50 milyon çıxardı, Mərkəzi Bank 40-nı aldı

bank-dollar-manatBu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını təşkil edib. Hərraca Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Hərraca çıxarılan valyutanın 5,6 milyon dolları 7 banka, 40 milyon dollarlıq hissəsi isə Mərkəzi Banka satılıb.