Mahmud Reza Səcədi: «Mənim Xocalı soyqırımı haqqında məlumatım yoxdur»
“Mənim Xocalı soyqırımı haqqında məlumatım yoxdur”. Bu sözləri dünən Moskvada Iranın Rusiyadakı səfiri Mahmud Reza Səcədi “Ria Novosti” agentliyində keçirdiyi mətbuat konfransında deyib.
Iranlı diplomat “Pakistan Islam Respublikası və Meksika Xocalı soyqırımını tanıyıb, Iran bu soyqırımı tanımağa hazırlaşırmı” sualına cavab verərkən bu məsələ barəsində yeni eşitdiyini bildirib:”Mənim bundan xəbərim yoxdur. Xocalı soyqırımı haqqında məlumatla tanış deyiləm. Ona görə də, sizin bu sualınızı cavablandıra bilmərəm”. Qeyd edək ki, səfir bu açıqlamanı verəndən sonra azərbaycanlı jurnalistlər zaldan çıxıb(APA).


