Qızılın qiyməti 1300 dolları keçdi

qizilQızılın unsiyasının qiyməti, dolların təxminən bir ilin ən aşağı səviyyəsinə enməsi ilə əlaqədar olaraq, 2015-ci ilin Yanvar ayından bu yana ilk dəfə 1300 dolları keçdi.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed faiz artırmağı təxirə saldığından dollar mühüm pul vahidləri qarşısında ucuzlaşır. Artıq Avro/dollar məzənnəsi 1.1490 səviyyəsini keçib (Avro bahalaşır, dollar ucuzlaşır).

Dollar ucuzlaşdığından investorlar qızıl almağa başlayıblar.

BU İL 23 FAİZ BAHALAŞIB

Qızılın qiyməti 3 il ardıcıl  düşməsinin ardından bu il 23% qalxıb. Qlobal iqtisadiyyatdakı risklər və Fedin faiz artımlarını daha yavaş edəcəyinə dair siqnallar verməsi ABŞ valyutası dollara olan tələbi azaldaıb,  qiymətli metallara isə tələbi artırıb.