Fevralın 10-da Azərbaycanın dünya şöhrətli alimi, professor Rafiq Əliyevin 70 yaşı tamam olur. AXCP sədri Əli Kərimli bu münasibətlə Rafiq Əliyevi təbrik edib. Rəbrikdə deyilir:
Hörmətli, Rafiq bəy!
Sizi, Azərbaycan elminin ən görkəmli nümayəndələrindən birini 70 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Siz dünya elmində cidi yeri olan, Azərbyacan elmini dünyada praktik nailiyyətlərinizlə təmsil edən böyük alim olmaqla yanaşı, həm də ölkədəki ictimai-siyasi proseslərin fəal hərəkətverici nümayəndələrindən birisiniz. Demokratiya uğrunda xalqımızın apardığı mübarizəyə əsil ziyalı mövqeyi ilə tövfə verir, fərqli fikrə dözümsüz münasibət bəsləyən Azərbaycan hakimiyyətinin hədəflərindən birinə çevrilsəniz də, ləyaqətli mövqeyinizi davam etdirir, xalqın səsini duyurmaqda əsl ziyalı nümunəsi göstərirsiniz. Sizin kimi görkəmli alimimizin azad və ədalətli cəmiyyət uğrunda mübarizəmizin ön sıralarında olması xalqımızın mənafeyi baxımından ciddi önəmə malikdir.
Hörməli, Rafiq bəy!
Sizi 70 yaşınızın tamam olması münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi və elmi həyatınızda uğurlar arzulayır, Tanrıdan millətimiz üçün sərf etdiyiniz enerjinin boşa getməməsini diləyirəm. Doğum gününüz mübarək olsun!
Əli Kərimli, AXCP sədri